Odlar Yurdu Universitetində fəhlə ölüb

Hadisə
09:19 / 09.09.2017
2227
Odlar Yurdu Universitetinin İdman zalının tikintisi zamanı fəhlə ölüb.
Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb.
Nəsrəddin Tusi küçəsində Odlar Yurdu Universitetinin İdman zalının tikintisi zamanı 1981-ci il təvəllüdlü Mustafayev Tahir Şəmsəddin oğlu inşası başa çatmamış hündürmərtəbəli binanın 5-ci mərtəbəsindən yerə yıxılıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq T. Mustafayev dünyasını dəyişib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. (report)
Sfera.az