Bağlanan kafe AYB-nin binasında imiş - AÇIQLAMA

Bağlanan kafe AYB-nin binasında imiş - AÇIQLAMA
  "Biz düşünmürük ki, Xaqani küçəsində - Azərbaycan Yazıçılar Birliyinə aid olan yerdə fəaliyyət göstərən "26" - "Twenty six” kafesinin adı 26 Bakı komissarına görə qoyulub".

Bunu açıqlamasında AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza adı gedən kefenin qəfil bağlanması və əmlakının müsadiər edilməsi məsələsinə münasibət bildirərkən söyləyib.

O, əlavə edib ki, kafenin adında belə bir məna olmuş olsa belə, bu barədə AYB-nin heç bir məlumatı olmayıb.

Xəyal Rzanın sözlərinə görə, "26" - "Twenty six” kafesinin sahibi bir neçə ay öncə qanuni şəkildə müqavilə bağlayaraq, AYB-yə aid olan həmin yeri icarəyə götürüb.

Xatırladaq ki, Bakının Səbail rayonu ərazisində, "Sahil bağı” (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26” - "Twenty six” adlı kafe bu gün bağlanıb. Kafenin adını bildirən "26" - "Twenty six” lövhəsi sökülüb, ora aid olan əmlak isə maşınlara yığılaraq aparılıb. Kafenin icarədarı Ramin Məmmədov polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Bakı Şəhər İcra Hakimiyyəti buna səbəb kimi kafenin adının əvvəllər Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirmiş 26 Bakı komissarları ilə əlaqəli olduğunu qeyd edib.

///kulis.az

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...