Bakı Qafqazın Cenevrəsi ola bilər - Markov

Bakı Qafqazın Cenevrəsi ola bilər - Markov
Bakı yaxın gələcəkdə Qafqazın Cenevrəsi, Azərbaycan isə İsveçrəsi kimi diplomatiya meydanına çevrilə bilər.

Bu sözləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiya və Qərb hərbi qüvvələrinin müntəzəm görüşləri üçün platforma kimi Azərbaycanın paytaxtının seçilməsinin səbəbləri barədə "Vestnik Kavkaza” müsahibəsi zamanı deyib.
Sergey Markov ilk növbədə Bakının görüş üçün platforma rolunu oynamasını paytaxtın möhtəşəm infrastrukturu ilə əlaqələndirib. Azərbaycanın hər iki hərbi gücə qarşı dəqiq, aydın və neytral mövqe nümayiş etdirdiyini söyləyən Markov ölkə başçısı İlham Əliyevin dahiyanə diplomatik səriştəsinin, həyata keçirdiyi balanslı siyasətin də bu seçimdə mühüm rol oynadığını vurğulayıb:
"Hətta düşmən belə olsalar, hər iki tərəf özünü Bakıda həm logistik, həm də hakimiyyətlə müxtəlif formatlı dialoqlar baxımından rahat hiss edir. Həm NATO, həm də Rusiya bilir ki, Azərbaycan məlumatları dinləmədən və informasiya sızdırmadan onlar üçün sakit, balanslı, ehtiramlı münasibət nümayiş etdirəcək”.

Sergey Markov həmçinin görüşün Azərbaycana beynəlxalq ictimaiyyətdə sülh tərəfdarı, balanslı, ehtiram göstərən və hörmət edilən tərəfdaş mövqeyi qazandırdığını bildirib.

Qeyd edək ki, Rusiya Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, general-polkovnik Petr Pavel ötən gün Azərbaycan paytaxtında görüşüblər.

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...