Vətəndaşları sevindirəcək xəbər - VİDEO

Vətəndaşları sevindirəcək xəbər -  VİDEO
Qiymətləndirmə şirkətləri artıq qiymətləri süni olaraq artıra və ya azalda bilməyəcəklər. Bu sahədə ortaya qoyulan yeni tələblər banklara yaxınlığı ilə seçilən belə şirkətlərin vətəndaşların hüququnu pozmasının qarşısını alacaq. "Xəzər Xəbər" yeniliyin təfərrüatlarını araşdırıb.
 
Artıq daşınmaz əmlakın dəyərini müəyyən edən qiymətləndirmə şirkətləri mənzillərə və ya obyektlərə istədikləri kimi qiymət qoya bilməcəyəklər. Çünki bu şirkətlərə qiymətləri müəyyən etmək üçün konkret çərçivələr qoyulacaq.
 
Banklar ipoteka prosesində vətəndaşları məcbur edirdilər ki, onlar mütləq hansısa konkret qiymətləndirmə şirkətinin xidmətindən istifadə etsinlər. Banklara yaxın olan bu şirkətlər bankların mövqeyindən çıxış edərək mənzilin qiymətini bazar qiymətindən xeyli aşağı göstərməyə nail olurdular. Bu isə həm mənzili satan, həm də alan vətəndaşın hüquqlarının pozulmasına səbəb olurdu.
 
Bundan başqa banklar öz yaxın adamlarına ipoteka verən zaman qiymətləndirmə şirkətləri vasitəsilə evin qiymətini süni olaraq şişirdərək ipoteka məbləğinin bir hissəsini başqa istiqamətə yönləndirirdilər. Ancaq İpoteka ilə bağlı yeni yaradılan qurumun əsasnaməsində nəzərdə tutulan zonalar üzrə minimumların tətbiqi  nəticəsində banklara yaxın qiymətləndirmə şirkətləri artıq onlara kömək edə bilməyəcək.
 
Qiymətləndirmə şirkətləri yeniliyin əmlak bazarında canlanma yaradacağını düşünür və hər şirkətin burda öz yerini tutması üçün şəffaflığa üstünlük verməsini vacib hesab edirlər.
 
Yeni tənzimləmədən sonra vətəndaşlar bankların yönləndirdiyi yox, istədikləri qiymətləndirmə şirkətinin xidmətlərindən istifadə edə biləcəklər.Bu isə qiymətləndirmə zamanı vətəndaşların hüquqlarının müdafiəsini təmin edəcək.  //xezerxeber.com
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...