“ASAN xidmət” Britaniya mətbuatında

“ASAN xidmət” Britaniya mətbuatında

Böyük Britaniyanın ictimai xidmət sahəsində ən nüfuzlu jurnalı olan “Civil Service World” jurnalının 249 saylı oktyabr buraxılışında “ASAN - ictimai xidmətin təminatında qabaqcıllıq” adlı məqalə dərc edilib.

 

Məqalə bu ilin sentyabr ayında Londonda keçirilən “Civil Service Live 2015” sərgisində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağasinin “ASAN xidmət” ilə bağlı təqdimatını əhatə edir. Təqdimat Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib.

 

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Jurnal K.Ağasinin çıxışından sitat gətirərək qeyd edir ki, vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən ictimai xidmətin effektivliyini artırmaq məqsədilə “one stop shop” kimi fəaliyyətə başlayan “ASAN xidmət”də hazırda 10 nazirlik və 18 biznes strukturu tərəfindən 280-dən çox xidmət təklif olunur.

 

Jurnalda yazır ki, “ASAN xidmət” müştəri məmnuniyyətinin birinci dərəcəli hədəf olduğu unikal ictimai xidmət təqdim edən bir model hazırlayıb. Hər mərkəzdə gündə 2500-3000 insana xidmət göstərilir. K.Ağası şəbəkənin fəlsəfəsinin əsas etibarilə beş sütuna dayandığını bildirib: əlçatanlıq, hesabatlılıq, şəffaflıq, effektivlik və innovasiya.

 

ASAN ictimai xidmətlərin effektivliliyini innovasiyalar yolu ilə inkişaf etdirməyə çalışır. K.Ağasi konfrans iştirakçılarını bu barədə məlumatlandıraraq bildirib ki, hər açılan yeni mərkəz özündə müştəri və ASAN işçilərinin ideyalarını birləşdirir: “ASAN davamlı olaraq inkişaf etmək üçün ən son texnologiyadan və innovativ həll yollarından istifadə etməyə çalışır. Bu layihə reallaşdığı zaman ASAN-ın multifunksional terminallarında bütün inzibati ödəniş və cərimələri eyni sistem vasitəsilə ödəmək mümkün olacaq”.

 

“ASAN xidmət” bu il “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında Birləşmiş Millətlər Təşkilatının ən yüksək mükafatına layiq görülüb. K.Ağasi bununla bağlı deyib ki, bu mükafat onları irəliyə getməyə daha da ruhlandırır: “BMT-nin strukturları və Dünya Bankı kimi bir çox beynəlxalq təşkilatlar ASAN-ın ictimai xidmət sahəsindəki uğurlu modeli ilə maraqlanırlar. Biz öz təcrübəmizi digər ölkələrlə bölüşməyə, beləliklə də beynəlxalq ictimaiyyətə öz töhfəmizi verməyə hazırıq”.


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...