Çavuşoğlu müsəlman qətliamına görə Banqladeşə gedir

Dünya
14:24 / 05.09.2017
1058
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu sabah Banqladeşə səfər edəcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Türkiyə son günlərdə Myanma ordusunun Arakanda yaşayan dinc müsəlmanlara qarşı soyqırım həyata keçirməsinə qarşı çıxır. Minlərlə arakanlı müsəlman qətliamdan qurtulmaq üçün Banqladeşə qaçır. Səfərin məhz bu olaylarla bağlı olduğu deyilir.
Sfera.az