Manat dollara qarşı bahalaşıb

İqtisadiyyat
12:22 / 05.09.2017
1377
Bu ilin əvvəlindən manat dollara nisbətən 3,94% möhkəmlənib.
Cari ilin ilk iş günündə 1,7707 manat olan 1 dollar bu gün 1,7010 manat səviyyəsindədir.
Avqustda dollar manata nisbətən cüzi möhkəmlənib. Avqustun 1-də dollar 1,7009 manat olub.
Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçiriləcək. (apa)
Sfera.az