Kadırovdan Arakan açıqlaması: “BMT əsl üzünü göstərdi”

Kadırovdan Arakan açıqlaması: “BMT əsl üzünü göstərdi”

Myanmada Roxinya xalqına qarşı genosid dünya ictimaiyyətinin buna müdaxiləsini tələb edir.

Bu sözləri özünün "Vkontakte” səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb.

"İslama etiqad edən bu xalq hökumətin icazəsi ilə təzyiqlərə məruz qalır. Belə bir zamanda onların müdafiəsinə ilk növbədə qalxmalı olan BMT sadəcə öz narahatlığı ilə bağlı açıqlama verməklə kifayətlənir. Bu, BMT-nin əsl üzüdür. O, artıq dünyada bir neçə ölkənin maraqlarına cavab verməyən heç bir problemi həll etmək gücündə deyil” – deyə o bildirib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR