Tanışına 15 min dollar verdi, aldadıldı...

Hadisə
21:21 / 03.09.2017
1270
Bakı sakini üzləşdiyi dələduzluq əməli ilə bağlı polisə müraciət edib.
Qaradağ rayon Polis İdarəsinə müraciət edən Əhmədov Valeh Habil oğlu bildirib ki, Hidayət adlı şəxs ondan hissə-hissə 15 min dollar alaraq qaytarmayıb. Şikayətçi qeyd edib ki, onun etibarından sui-istifadə edən həmin şəxs fevral-may ayları ərzində pulu borc kimi alıb və verdiyi vədə əməl etməyib.
Müraciət əsasında araşdırma aparılır. (lent.az)
Sfera.az