Diaqnostika Mərkəzinin baş cərrahı qəzaya düşüb

Diaqnostika Mərkəzinin baş cərrahı qəzaya düşüb

Zaqatala Diaqnostika Mərkəzinin baş cərrahı yol qəzsına düşüb.

Sentyabrın 1-i axşam saatlarında Zaqatala şəhər sakini 1982-ci il təvəllüdlü İlqar Soltan oğlu Rəhimov idarəetdiyi "Mitsubişi" markalı 62 BF 942 dövlət nömrəli minik avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb. Qəzadan sonra sürücü İlqar Rəhimov, onun həyat yoldaşı Zəhra Zahid qızı Rəhimova və ailənin azyaşlı övladı 5 yaşlı Orxan aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Diaqnostika Mərkəzinə aparılıblar.

Zaqatala Diaqnostika Mərkəzindən APA-ya verilən məlumata görə, yaralılardan İlqar Rəhimovun və Zəhra Rəhimovanın müalicəsi cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir. Orxanın vəziyyəti yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, qəzaya düşən İlqar Rəhimov Zaqatala Dioqnoztika Mərkəzinin cərrahiyə şöbəsinin müdiridir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...