Dünyanı intihara sürükləyən gənc həbs edilib

Dünyanı intihara sürükləyən gənc həbs edilib

Bütün dünyada kütləvi intiharlar hazırlayan 17 yaşlı gənc Argentinada həbs edilib.

Gəncin çirkin planının üstünü Baskoniya (İspaniya) polisi açıb. Belə ki, polis sosial şəbəkələrdə öz üzvlərini avqustun 17-də kütləvi intihar törətməyə çağıran beynəlxalq qrup aşkar edib.

Baskoniya polisinin internet xidməti göstərən şirkətlə əməkdaşlığı nəticəsində kütləvi intihar təşkilatçısının Argentinada yaşadığı müəyyən edilib.

Bundan sonra Baskoniya polisi argentinalı həmkarlarına bu barədə məlumat verib və həmin gənc kütləvi intiharın təyin edildiyi tarixdən 6 gün əvvəl həbs edilib. Gəncin otağında bıçaq, ülgüc, qana batmış tənzif aşkarlanıb. Hazırda gənc psixiatrların nəzarəti altındadır.

Hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir, ona görə də qurbanların sayı və milliyyəti barədə dəqiq məlumat verilmir. Həmçinin qrupun bütün üzvləri, o cümlədən 17 yaşlı gənc tərəfindən digər bu cür qrupların yaradılıb-yaradılmamasının müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. (trend)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...