Xızıda 400-dən çox partlamamış hərbi sursat aşkar olundu

Xızıda 400-dən çox partlamamış hərbi sursat aşkar olundu

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam etdirilir.

ANAMA-dan verilən məlumata görə, sentyabrın 1-də hərbi hissənin ətrafında, Giləzi qəsəbəsində, Sitalçay və Şurabad kəndləri ərazisində 6 evin həyətyanı sahəsinə, 2 otlaq sahəsinə, əkin sahəsinə, balıqçılıq təsərrüfatına, avtomobil yolunun kənarına, qəbiristanlığın yaxınlığına, ferma ərazisinə, taxıl anbarının yaxınlığına və eko-turizmin həyətinə baxış keçirilib, 406 ədəd partlamamış hərbi sursat (PHS), 36 ədəd partlamış-yanmış raketin qalıqları, 152 kq yandırma aşkar olunaraq götürülüb, nəticə etibarilə 2 367 939 kv.m (236.79 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 6 gün ərzində 11 ev, 34 evin həyətyanı sahəsinə, 4 ferma ərazisinə, 3 əkin sahəsinə, 6 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, balıqçılıq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığına yol kənarına baxış keçirilib, 7 776 854 kv. m (777.68 ha) əraziyə yoxlanılıb, 701 ədəd partlamamış hərbi sursat, 372 ədəd partlamış-yanmış sursat qalıqları və 609 kq yandırma aşkar olunaraq götürülüb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 3 441 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...