Nyu York Post: Ərdoğanın mühafizəçilərinə xəbərdarlıq

Nyu York Post: Ərdoğanın mühafizəçilərinə xəbərdarlıq

"Nyu York Post" qəzeti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətlə mühafizəçiləri barədə xəbərdarlıq xarakterli yazı dərc edib.

Hazırlanan məqalədə Vaşinqtonda keçirilən mitinq iştirakçılarına mühafizəçilərin hücum etməsi iddiası ilə 19 nəfər, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 mühafizəçisi barədə ittiham irəli sürüldüyü qeyd edilib.

"Onların bir çoxu Türkiyədə azadlıqdadır. Onları məsuliyyətə cəlb etmək çox çətin olacaq. Ərdoğanın gələn ay BMT Baş Assambleyasının iclasına, Nyu Yorka gətirə biləcəyi bir çox mühafizəçiləri var. Burada yeni etirazlar zamanı eyni şeyləri etməyə çalışmayın. Nyu York polisi keşik çəkir”, -məqalədə yazılıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR