Moskvada müsəlmanlar bayramı qeyd etdi

Moskvada müsəlmanlar bayramı qeyd etdi

Moskvada Qurban bayramı ilə bağlı təşkil olunan müxtəlif tədbirlərdə 200 mindən çox insan iştirak edib.

Tədbirlərdə təhlükəsizliyi 13 mindən çox qvardiya əməkdaşı və polis işçisi qoruyub.

Bayram tədbirləri ilə əlaqədar Moskvanın bir sıra mərkəzi küçələri və "Sülh prospekti” metro stansiyası bağlanıb. Polisin məlumatına görə bayram tədbirləri çərçivəsində hər hansı bir qanun pozuntusu qeydə alınmayıb.

Rusiya Prezidenti Vladimir Putin də öz növbəsində müsəlmanları müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edərək, müsəlman cəmiyyətinin Rusiyadakı yaradıcı və birləşdirici gücündən razılığını ifadə edib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR