BMT insanların gözündə alçalacaq - Yıldırım

BMT insanların gözündə alçalacaq - Yıldırım

Dünyanın harasında olursa olsun, zülmə razılıq vermək özü zülmdür.

Bu sözləri bu gün bayram namazından sonra jurnalistlərin suallarını cavablandıran Türkiyə Baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, beynəlxalq təşkilatlar da bu məsələdə fəal olmalıdır:

"Arakandakı bu faciə yeni hadisə deyil, illərdir müsəlman olduqları üçün öldürülən insanlar var. Türkiyə əvvəllər olduğu kimi, indi də humanitar yardımlar etməyə çalışır və bu qətliamın dayandırılması üçün səy göstərir. BMT də bu məsələdə daha fəal olmalıdır. Myanmar hökumətinə qarşı tədbirlər və sanksiyalar görülməlidir. Əks təqdirdə, BMT-nin nüfuzu sual altında qalacaq və bu təşkilat insanların gözündə alçalacaq.

Qeyd edək ki, Myanmar hökuməti Arakan bölgəsində yaşayan müsəlmanların məhv edilməsi üçün sistemli siyasət yürüdür.

Sfera.az


OXŞAR XƏBƏRLƏR