Hansı dırnaq hansı xəstəliyin göstəricisidir? - FOTOLAR

Hansı dırnaq hansı xəstəliyin göstəricisidir? -  FOTOLAR
Dırnaqlarınız sağlamlığınızla bağlı xəbərdaredici xüsusiyyətə malik ola bilər.
Belə ki, dırnaqların vəziyyətinə əsasən hər hansı xəstəliyinizin olub-olmamasını təyin etmək olar.
Solğun dırnaqlar

Sağlam dırnaq əsasən çəhrayı, dibinə doğru isə ağımtıl çəhrayı rəngdə olmalıdır. Əgər dırnaqlarınız solğun və ya digər rəngdədirsə, bu, sağlamlığınızla bağlı xəbərdaredici işarə ola bilər.
Yaşıl rəng bakterial infeksiya göstəricisidir.

Qırmızı xətlər ürəklə bağlı problemləri, maviyə çalan dırnaqlar qanda aşağı oksigen səviyyəsini, ağ rəng qaraciyər problemini və tünd rəngdə xətlər isə ürək xəstəlikləri və yaşlanmağı işarə edir.

Qalın dırnaqlar
Çox qalın dırnaqlar təbii deyil. Normaldan daha qalın dırnaqlar ağciyər problemi, göbələk infeksiyası, qalxanvari vəzi və qan dövranı sistemi xəstəliklərinə dair xəbərdar edir.

Çatlaq dırnaqlar
Çatlaq dırnaqlar əsasən təbəqə şəklində tökülən dırnaqlardır. Dırnaqlarınız tez-tez çatlayırsa, bu, fol turşusu və C vitamini çatışmazlığından xəbər verə bilər. Həmçinin xroniki pis qidalanma xəbərçisi də ola bilər.

Qaşıq dırnaq
Bu dırnaqlar daxili narahatlıqlardan asılı olaraq çökük şəklində qıvrılır və qaşığa bənzər forma alır. Əsasən dəmir çatışmazlığı, hemoxromatoz, ürək problemləri vəqalxanvari vəzi xəstəliklərinin göstəricisi ola bilər.

Çöküntülü dırnaqlar
Dırnaqlarınızda görülən kiçik çöküntülər və ya nöqtəvari dəliklər dırnaqlarınıza yaxşı baxmadığınızın göstəricisi ola bilər. Lakin sədəf, sink çatışmazlığı və ya bəzi avtoimmun xəstəliklərdən xəbər verə bilər.

Dalğalı dırnaqlar
Dırnaqlar mahiyyət etibarilə hamar səthlərdir. Əgər nəzərəçarpan dalğalanmalardan söhbət gedirsə, deməli, dəmir çatışmazlığı, artrit və ya lupus xəstəliyi əlaməti ola bilər.

Quru, qırılan dırnaqlar
Dırnaqlarınız tez-tez qırılırsa, hormon səviyyələrinizi yoxlatdırmanız tövsiyə olunur. Qalxanvari vəzi və ya göbələk xəstəliyindən söhbət gedə bilər.

Yumru dırnaqlar
Əgər dırnaqlarınızın ətrafındakı dəri şişirsə, bu, ağciyər xəstəlikləri, iltihabi bağırsaq xəstəlikləri və ya qaraciyər problemlərinin göstəricisi ola bilər. saglamolun.az


OXŞAR XƏBƏRLƏR

Əfsanəvi “Mad Mike” təyyarəsinin hekayəsi

Təyyarələr üçün ləqəblərə öyrəşmişik, lakin “Mad Mike” onların hamısından fərqli idi. Çünki bu ad təkcə sevgidən deyil, həm də səbəb olduğu sürprizl...

Minillik yala:Niyə pişiklərə süd verilməməlidir?

    İnsanlar və pişiklər min illərdir yan-yana yaşayıblar. Bu müddət ərzində heyvanların davranışı ilə bağlı miflər yaranıb. İndi isə elm adamla...

“Mənə işgəncə verib, bıçaqla vurub” - Xalq artisti keçmiş ərindən danışdı
“Biz altı-yeddi il bir yerdə olmuşuq. Mənə hər zaman işgəncə verib, təhdid edib. Dəfələrlə ondan qaçıb başqa yerdə yaşamışam. Amma bunu çox adama bildirmə...

Bəy toyda gəlinin üzün çəngəllə zədələdi: Bir il sonra boşandılar

Bəy toyda sevgilisinin üzünə tort ataraq çəngəllə xəsarət yetirib. Cütlük mərasimdəki xoşagəlməz hadisədən bir il keçməmiş boşanıb.   Sfera.az bildir...

Turist dərəyə daş atdığına görə bütün pulunu itirə bilər - SƏBƏB

Bir turist düşünülməmiş hərəkətə görə 200 min avroya qədər rekord məbləğdə cərimələnə bilər. Dostları onu İspaniyanın şimalındakı Picos de Europa Milli Parkında...

Barmen üçün milyonçudan ayrıldı: Taleyi necə dəyişdi? - FOTOLAR

Ukraynalı Lana Pitel mühacir köçdükdən sonra ABŞ-da necə karyera və iki övladı olan makedoniyalı ilə münasibət qurduğundan danışıb.   Sfera.az bildir...