Müşavirələr niyə regionlarda keçirilir? - Ekspert

Müşavirələr niyə regionlarda keçirilir? - Ekspert

Regionların inkişafı, paytaxtla bölgələr arasında sosial-iqtisadi fərqlərin aradan qaldırılması, işsizliyin və yoxsulluğun azaldılması hər bir ölkə üçün əsas problemlərdəndir.

Bu sözləri iqtisadçı alim Vüqar Bayramov regionlar və paytaxt arasındakı fərqin aradan qaldırılması üçün görülən mərhələli işləri şərh edərkən deyib. O bildirib ki, regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritetinə çevrilib.

"Hazırda regionların iqtisadi inkişafı aktual mövzulardandır. Post-neft dövrünə keçdiyimiz üçün əsas məqsəd balanslı iqtisadiyyatın həyata keçirilməsidir. Balanslı iqtisadiyyata malik olmaq da nəticə etibarı ilə regionlar və Bakı arasındakı fərqin aradan qaldırılması baxımından vacibdir. Əgər diqqət yetirsək, artıq ölkədə keçirilən müşavirələrin böyük əksəriyyətinin regionlarda təşkil olunduğunu görərik. Son zamanlar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Yevlaxda, Şəki-Zaqatala bölgəsində respublika müşavirələri təşkil olunub. Hazırda regionlarda infrastrukturun yaradılması və investisiyaların cəlb olunması üçün planlı şəkildə işlər aparılır. Ancaq nəzərə almalıyıq ki, bu, zaman alan bir prosesdir. Regionlar və Bakı arasında iqtisadi fərqi aradan qaldırmaq xeyli çətin olsa da, artıq görülən mərhələli işlər öz nəticəsini verir. Mövcud layihələrin, dövlət proqramlarının və xüsusən də bölgələrdə ənənəvi sektorların inkişafı üçün dəstəklənməsi prosesi davam etdirilir”.

    Sfera.az

OXŞAR XƏBƏRLƏR

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...