Lavrovla Zərif Suriyanı müzakirə edib
16:40 / 31.08.2017
891
Rusiya Xarici İşlər naziri Sergey Lavrovla İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
Rusiya XİN telefon danışığı zamanı əsas müzakirə mövzusunun Suriya böhranı və İranla imzalanan nüvə razılaşması olduğu barədə açıqlama yayıb.
Qeyd edək ki, bir neçə gün öncə İran Müdafiə nazirinin müavini Moskvada səfərdə olub.
Sfera.az