Məşhur hind aktyorunun hind filmi kimi həyatı – Zibillikdən tapdığı qızı…

Məşhur hind aktyorunun hind filmi kimi həyatı – Zibillikdən tapdığı qızı…
 Hindistanın məşhur kinoaktyoru, 350-dən çox filmdə çəkilməsinə baxmayaraq, hamımızın yaddaşında Cimi kimi qalmış Mithun Çakrobortinin həyat hekayəsi çox maraqlıdır.

Sfera.az xarici KİV-lərə istinadən xəbər verir ki, tale ulduzunun parladığı günlərdən birində, artıq məşhurluğunun zirvəsində olan Çakraborti zibil qutusundan körpə səsinin gəldiyini eşidir və zibilliyə atılmış körpəni görür. Mithun uşağı heç düşünmədən evinə aparır. Artıq o zamanlar ailəli və 3 oğul atası olan Mithun körpə qızı Dişani adlandırır və onu övladlığıa götürür.

Bu gün 16 yaşlı gözəllər gözəli Dişani atasının və 3 şahzadə qardaşının sevimli bacısıdır. Mithun onu özü ilə bütün tədbirlərə aparır və hər zaman qızına olan xüsusi sevgisini nümayiş etdirir.

Bir insan sevgisinin bir insan taleyini necə dəyişdirməsinin bariz nümunəsidir Mithunun Dişantisi. Dünya şöhrətli ulduz olmasaydı bu qızı hansı tale gözləyərdi kim bilir.


OXŞAR XƏBƏRLƏR