Azərbaycanda daha bir tanınmış bank çökür

Azərbaycanda daha bir tanınmış bank çökür

Ölkədə fəaliyyət göstərən bankların təbii ələnməsi prosesi başlayıb. Belə ki, artıq idarəetməsində problemləri olanlar, amansız rəqabət şərtlərinə tab gətirməyənlərin iflasa uğraması prosesi müşahidə olunur. Azərbaycanın bank sektoruna 1994-cü ildən daxil olan və kifayət qədər populyarlıq qazanan “Nikoil” bank ciddi sınaq qarşısındadır və hazırda ağır günlərini yaşayır. 

Sfera.az xəbər verir ki, adıçəkilən bankda baş verənlərlə bağlı Unikal.org-a daxil olan məlumata görə, hazlırda bankda ciddi maliyyə krizi yaşanır. Bu səbəbdən də müştəriləri ilə müntəzəm olaraq problemlər yaşayan bankdan şikayətlər artmaqdadır. Hazırda bankın ciddi pul qıtlığı yaşadığı, daha dəqiq ifadə etsək, kağız üzərində milyonlara sahib olsa da, reallıqda bankın pul çatışmazlığıyla üzləşdiyi bildirilir. Hazırda müştərilərin bir-birinin ardınca bandakı pullarını geri çəkmək üçün müraciət etdiklərini, lakin “Nikoil” bankın həmin məbləğləri ödəməkdə zorlandığı bildirilir. Bu isə öz növbəsində “Nikoil” bankla bağlı digər müştərilərdə də ciddi şübhələr yaradır, bu üzdən isə bankdan pulunu geri çəkmək istəyənlərin sayında kəskin artım müşahidə olunur.Əldə etdiyimiz məlumatda bildirilir ki, radikal qərarlar qəbul edərək düşdüyü acınacaqlı durumdan çıxmağa cəhd göstərməsə “Nikoil” bankın gələn ilin əvvəllərinə qədər fəaliyyətini dayandıracağı istisna edilmir.


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...