Dolların məzənnəsi görün nə vaxtadək UCUZ QALACAQ

Dolların məzənnəsi görün nə vaxtadək UCUZ QALACAQ
 Avronun dollarla müqayisədə məzənnəsi qlobal valyuta bazarında son 32 ayın maksimal həddinə çatıb.

Sfera.az
 xəbər verir ki, bu, əsas valyuta cütlüyünün məzənnəsi hazırda 1,1930 USD/EUR-a bərabərdir. Məzənnənin cari səviyyəsi sonuncu dəfə 2015-ci il yanvarın 6-da qeydə alınıb.

Avronun bahalaşmasına əsas səbəb Avrozona iqtisadiyyatında müsbət trendlərin müşahidə edilməsi deyil, ABŞ iqtisadiyyatının tam bərpa olmaması barədə Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin cümə günü, avqustun 25-də Cekson Hol sammitində çıxışı olub. Qeyd edək ki, Yellen çıxışı zamanı ölkənin iqtisadi perspektivləri və monetar siyasət perspektivlərinə toxunmayıb, ancaq maliyyə sabitliyi barədə fikirlər səsləndirib. Nəticədə, maliyyə bazarlarının iştirakçıları dolların digər valyutalara qarşı satışına başlayıblar. Bununla yanaşı, ABŞ dövlət istiqrazlarının da faizi düşməyə başlayıb. Belə ki, FED rəhbəri sammitdə növbəti uçot dərəcəsi artımı qərarı barədə heç bir açıqlama verməyib.

"Report"un analitik qrupu dolların məzənnəsinin avro başda olmaqla bir çox valyutaya qarşı ucuz qalmaqda davam edəcəyini proqnozlaşdırır. Bu proses ABŞ-da inflyasiya göstəricisinin illik hədəf olan 2%-ə yaxınlaşmasına qədər davam edəcək.

OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...