Brent markalı neft 52,54 dollar oldu

Cəmiyyət
09:49 / 28.08.2017
1274
Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.
Sfera.az xəbər verir ki, WTI neftinin qiyməti 1 barelə görə 0,19 dollar ucuzlaşaraq, 47,68 dollar təşkil edib.
Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar artaraq, 52,54 dollar olub.