Bakı və Abşeronda sürüşmə riskini artıran səbəblər açıqlandı

Bakı və Abşeronda sürüşmə riskini artıran səbəblər açıqlandı
 Havaların isti keçməsinin Bakıda və Abşeron yarımadasında torpaq sürüşməsi proseslərinin aktivləşməsinə təsiri yoxdur.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənov bildirib ki, torpaq sürüşməsinin aktivləşməsinə atmosfer yağıntılarının, küləyin, texnogen amillərin təsiri var: "Havaların isti keçməsinin bu prosesə təsiri yoxdur. Bəzi hallarda aldadıcı fon yarana bilir, yəni sürüşmə sahələrində olan çatlarda genişlənmələr ola bilir. Ancaq bu quraqlıqla əlaqədar olan amildir, sürüşmə prosesinin genişlənməsi demək deyil. Torpaq qatı quruyur və çatlarda genişlənmə əmələ gəlir”.

R.Həsənovun sözlərinə görə, son zamanlar atmosfer yağıntıları olmasa da, Abşeron yarımadasında bəzi sahələrdə sürüşmə prosesinin dinamikasında aktivlik qeydə alınıb: "Bu özünü Zığ sürüşmə sahəsində göstərib. Burada həm təbii, həm də texnogen amillərin təsirindən sürüşmə, çökmə prosesinin dinamikasında aktivlik baş verib. Bundan əlavə, Abşeron rayonunun Masazır qəsəbəsində "Zəli gölü” deyilən ərazi var, bura yeni sürüşmə sahəsidir. Burada da həm təbii, əsasən də texnogen amillərin təsirindən sürüşmə və çökmə prosesinin dinamikasında aktivlik müşahidə edilib. Texnogen amillər dedikdə, burada yamacın şaquli kəsilməsi, təsərrüfat və tullantı sularının birbaşa yamaca axıdılması sürüşmə prosesində aktivləşməyə səbəb olur, çünki ərazidə olan suxurlar atmosfer yağıntılarına, təsərrüfat və tullantı sularına, yuyulmaya həssasdır. Eyni zamanda, ərazidə bir neçə yerdə evlərin tikilməsi yamacın dayanıqlığının itirilməsinə səbəb olub”.

R.Həsənov vurğulayıb ki, qeyd olunan ərazilər sürüşməyə meyillidir, burada həmişə proses gedir: "Daim müşahidə edirik ki, bu ərazilərdə aktivlik var”.


OXŞAR XƏBƏRLƏR

Pentaqondan Ukraynaya böyük şok

Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.   Sfera.az xəbər verir ki, bu barədə “...

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...