Azərbaycan cüdosu: 2 ilə haradan haraya...

Azərbaycan cüdosu: 2 ilə haradan haraya...
 Avqustun 25-də Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Beynəlxalq Cüdo Federasiyasının (İJF) Konqresində Azərbaycan cüdosu ilə bağlı tarixi qərar qəbul olundu. Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev İJF İcraiyyə Komitəsinin üzvü seçildi. 

R.Abdullayev qarşıdakı 4 il müddətində yeni tərkibdə yer alacaq. 66 ildir fəaliyyət göstərən İJF hazırda özündə bütün qitələrdən 200 üzv ölkəni birləşdirir. Konqresdə isə məhz həmin ölkələrin cüdo federasiyalarının rəsmiləri iştirak edirlər. Azərbaycan nümayəndəsinin İJF İcraiyyə Komitəsinə üzv seçilməsi dünya ölkələrinin ölkədə cüdonun hazırkı vəziyyətindən, son illər sürətli və intensiv inkişaf dövrünə qədəm qoymasından xəbərdar olduğunu göstərir. Beləliklə, bu, dolayısı ilə Azərbaycan cüdosuna verilən yüksək qiyməti əyani nümayiş etdirir.  

Prezident İlham Əliyevin müdaxiləsindən sonra...

Azərbaycanda cüdonun tarixi ənənələri var. Müstəqillik qazandıqdan sonra ilk olimpiya çempionu adını cüdoçu Nazim Hüseynov qazanıb. O, 1992-ci il Barselona Yay Olimpiya Oyunlarında qızıl medal əldə edib. 2008-ci il Pekin olimpiadasında Elnur Məmmədli qızıl, Mövlud Mirəliyev bürünc medala sahib olub. Eyni zamanda Elxan Məmmədov 2013-cü ildə dünya çempionu tituluna yiyələnib. 

Lakin 2014-cü ildən başlayaraq, Azərbaycan cüdosunda durğunluq, tənəzzül dövrü yaşanırdı. Bu da əvvəlki federasiya prezidenti Füzuli Ələkbərovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən kənarlaşdırılmasından sonra cüdoya diqqət və qayğı göstərməməsi ilə əlaqədar idi. Cüdodakı vəziyyət, faktiki olaraq, acınacaqlı idi. Yığma komanda üçün təlim-məşq toplanışları təşkil olunmur, idmançılar aylarla maaş almırdılar. Hətta iş o yerə çatmışdı ki, aparıcı cüdoçular aksiya keçirmişdilər. 

Şübhəsiz ki, belə hal uzun müddət davam edə bilməzdi. Azərbaycanın dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev məsələdən xəbərdar olduqdan sonra Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevə ölkə cüdosunu həvalə etdi. Nəticədə 2008-ci ildən AFFA-ya rəhbərlik edən R.Abdullayev 2015-ci il sentyabrın 4-də ACF-nin də prezidenti seçildi. 



ACF-nin vitse-prezidentləri, İcraiyyə Komitəsinin üzvləri də müəyyənləşdikdən sonra əməli işə başlanıldı. Federasiya cüdoçuların bütün problemlərini yoluna qoymaqla yanaşı, kütləviliyə nail olmaq üçün regionlarda da bu idman növünün inkişafı istiqamətində işlərə başladı. Eyni zamanda Bakıda nüfuzlu beynəlxalq yarışların təşkilinə xüsusi önəm verildi. 

Avropa çempionatı və olimpiadada möhtəşəm nailiyyət 

Görülən işlər tezliklə bəhrə verdi. Rusiyanın Kazan şəhərində keçirilmiş 2016-cı il Avropa çempionatında Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (60 kq) gümüş, Azərbaycan komandası bürünc medala sahib oldu. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında isə Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) gümüş medal əldə etdilər. Bu isə 2012-ci il London olimpiadasında uğursuzluğa düçar olan və "Bakı 2015" I Avropa Oyunlarında cəmi 1 bürünc medalla kifayətlənən Azərbaycan cüdo komandası üçün böyük nailiyyət sayıla bilərdi.

Yeniyetmə və gənclərdən ibarət komandalar da dünya və Avropa çempionatlarında xeyli medal qazandılar. Nəticədə əsas yığmanın üzvləri ilə rəqabət apara biləcək gənc cüdoçular yetişməyə başladı. Onlardan biri - Hidayət Heydərov cəmi 20 yaşında ikən builki Avropa çempionatında 73 kq çəki dərəcəsində qızıl medala sahib oldu. "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında isə o, finalda məhz Rüstəm Orucovu yenərək, birinci oldu.

 Yüksək səviyyəli yarış təşkilatçılığı

ACF 2016-cı ildən başlayaraq, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq "Böyük Dəbilqə" turnirini yüksək səviyyədə keçirməkdədir. İJF prezidenti Marius Vizer hər iki yarışı izləyib, idmançıların mükafatlandırma mərasimində iştirak edib. Yüksək təşkilatçılığın nəticəsidir ki, qurum 2018-ci il dünya çempionatını Bakıya həvalə edib. 

Bundan başqa, dünyanın cüdo hakimləri və məşqçilərinin seminarı bu ilin yanvarında Bakıda keçirilib, yeni qaydalarla tanışlıq məhz Azərbaycan paytaxtında gerçəkləşib. 

Bacarıqlı idarəçilik və yüksək ixtisaslı mütəxəssislərin sayəsində hazırda Azərbaycan cüdo millisi dünyada aparıcı yerlərdən birini tutur. Bu isə o deməkdir ki, R.Abdullayevin İJF İcraiyyə Komitəsinə üzv seçilməsi tam məntiqli və məqsədəuyğundur. Bu, həm də ACF-nin fəaliyyətinin 2 ilinə ən böyük töhfədir.

OXŞAR XƏBƏRLƏR

"Trampın Panama kanalına iddiası Çini də narahat edir, çünki..." - ŞƏRH

Ərazi iddiaları yenə gündəmdədir. Bu dəfə müxtəlif dövlətlərə qarşı ərazi iddiasında rolunda çıxış edən Amerika Birləşmiş Ştatlarıdır. Belə ki, Donald Tramp fot...

Sumqayıtda qaz olmayacaq

Sumqayıt şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək təmir-quraşdırma işləri ilə bağlı 27.12.2024-cü il tarixində saat 09:00-dan etibarən i...

Ağdamda tikilinin damında kişi meyiti tapıldı

Ağdam rayonunun Quzanlı qəsəbəsində tikilinin dam örtüyünün üzərindəki kişi meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar ...

"ABŞ Azərbaycana hər hansı yardım göstərməyə hazırdır" - Səfir

ABŞ səfiri Mark Libbi təyyarə qəzası ilə əlaqədar Azərbaycana qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduqlarını bildirib...

"Neftçi" ilə Azərbaycan çempionu olmuş futbolçunun yeni klubu müəyyənləşdi

"Neftçi" ilə Azərbaycan çempionu olmuş albaniyalı futbolçu Bruno Teluşinin yeni klubu müəyyənləşib.   Sfera.az xəbər verir ki, 34 yaşlı yar...

14 yaralı vətəndaşımız Bakıya yola salındı - Fotolar

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən vətənd...