"Atletiko"nun baş məşqçisi "Qarabağ"dan danışdı

 "Azərbaycan səfəri hamı üçün çətin keçəcək". Sfera.az xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone deyib.

Argentinalı mütəxəssis Çempionlar Liqasının püşkünü dəyərləndirib. "Atletiko" C qrupunda "Çelsi", "Roma" və "Qarabağ"la mübarizə aparacaq. Dieqo Simeone bildirib ki, onları "Roma" və "Çelsi" ilə çətin oyunlar gözləyir.

"Bizi çətin oyunlar gözləyir. "Çelsi" və "Roma" ilə yanaşı, bizim də qrupdan çıxmaq şansımız ola bilər. "Çelsi"nin güclü heyəti var. Onlar ötən mövsüm möhtəşəm çıxış etdilər. "Roma"da da yaxşı futbolçular oynayır, rəqib öz sözünü demiş komandadı. Fantastik məşqçiyə sahibdilər. Azərbaycan məfəri də hamı üçün çətin keçəcək" deyə argentinalı mütəxəssis bildirib.



OXŞAR XƏBƏRLƏR