ABŞ-da 5 yaşlı uşağı qətlə yetirən erməni 25 il azadlıqdan məhrum edilib

ABŞ-da 5 yaşlı uşağı qətlə yetirən erməni 25 il azadlıqdan məhrum edilib
 ABŞ-da 5 yaşlı oğlunu qətlə yetirən erməni etnik qrupunun nümayəndəsi Aramazd Andressyan 25 il azadlıqdan məhrum edilib.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, təqsirini boynuna alıb.

Müstəntiqlər hesab edirlər ki, 35 yaşlı Andressyan 5 yaşlı uşağı keçmiş həyat yoldaşı Ane Estevezdən intiqam almaq üçün öldürüb.

"Ümid edirəm ki, həyatının qalan hissəsində mənim uşağımı qətlə yetirdiyinin hər gün xatırlayacaqsan. Qoy, sənin qara qəlbin cəhənnəmdə yansın. Mənim sənə yazığım gəlir”, - A.Estevez məhkəmədə bildirib.

O, keçmiş ərini "uğursuz, bədbəxt” adlandırıb.

A.Andressyan Disneylend gəzintisindən sonra uşağı geri anasına qaytarmayandan sonra onun itməsi haqqında elan verilib. Prokuror deyib ki, 35 yaşlı etnik erməni aprelin 21-də oğlanla attraksiondan çıxandan 6,5 saat sonra onu qətlə yetirib. Uşağın meyitini iyulun 1-də Santa-Barbarada Kaçuma gölünün yaxınlığından aşkarlayıblar.

Polis A.Andressyanı iyunun 23-də qətldə şübhəli bilərək həbs etmişdi.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...