Azər erməniylə mərcə girdi, Eyfel qülləsinə çıxdı - FOTO

Azər erməniylə mərcə girdi, Eyfel qülləsinə çıxdı -  FOTO

Albaniyada yaşayan azərbaycanlı modelin hobbisi əksəriyyətin qanını dondurur.

Sfera.az publika.az-a istinadən xəbər verir ki, Albaniyada çalışan azərbaycanlı model Azər Həsənov hündürlük həvəskarıdır. O, ekstremal əyləncəni həyatının əvəzolunmaz hissəsi hesab edir. Sonuncu dəfə Fransanın rəmzi sayılan Eyfel qülləsinin başında görüntülənən model bunu bir erməni ilə mərcləşdiyi üçün reallaşdırıb:
 
"Fransada idim. Komandamızda erməni də var idi. Azərbaycanlıları qorxaq adlandırdığı üçün onunla mübahisəmiz düşdü. Təklif etdim ki, gəl heç bir ehtiyat tədbiri görmədən Eyfel qülləsinə dırmaşaraq orada gəzişək. Özünü sındırmamaq üçün mənimlə razılaşdı. Qüllənin hündürlüyü 300 metrdən çoxdur. Çıxdı, amma sonadək gedə bilmədi. Yanında olmasaydım, yıxılacaqdı. Həmin anın fotosu da var. Əlimdən tutaraq sallanmış vəziyyətdə qalıb. Ona və komandamıza sübut etdim ki, azərbaycanlılar qorxaq deyillər".
 
Həmyerlimiz bundan başqa, Dubayda 600 metrlik "Burc" qülləsinə, Pekin şəhərində 405 metrlik "Teleqüllə"yə də çıxıb. O, Moskva və Almaniyada da belə macəralarının olduğunu deyib.
 
Qeyd edək ki, Azər Həsənov modelliklə yanaşı, boksla da məşğul olur.


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...