Ofisiant namaz qıldığı üçün işdən qovuldu: Getsin namazını məsciddə qılsın

Ofisiant namaz qıldığı üçün işdən qovuldu: Getsin namazını məsciddə qılsın
 zərbaycanda şadlıq sarayının rəhbəri ofisiantı toy zamanı namaz qıldığı üçün işdən qovub. 

Sfera.az-ın BAKU.WS-ə istinadən məlumatına görə, Xırdalanda yerləşən "Xəzinə Palace”da Vüqar adlı ofisiant namaz qıldığı üçün işdən çıxarılıb. 

İddia edilir ki, Vüqar axşam saat 9-10 radələrində nəzarət etdiyi stolu ofisiant yoldaşına tapşıraraq, administratordan icazə alıb və 10 dəqiqəlik namaz otağına namaz qılmağa gedib. 

Elə bu zaman stolda oturan içkili qonaq Vüqarın yoxluğunu hiss edərək rəhbərliyə şikayət edib. İçkili şəxs müdiriyyətə deyib ki, hanı bu stola baxan ofisiant? 

Bir müddət sonra geri qayıdan ofisiantla müdiriyyət arasında mübahisə yaşanıb. Ofisiant namaz qılmağa getdiyini bildirsə də, şadlıq sarayının rəhbərliyi onun dərhal işdən çıxarılması göstərişini verib. 

Şadlıq sarayının baş inzibatçısı Nizami Əliyev də, ofisiantın işdən çıxarılmasını təsdiq edib. O bildirib ki, iş vaxtı namaz qılmazlar.

"Onun anası da burada işləyir. Mən onu işə götürəcəkdim. Əgər sizə şikayət edibsə onu ümumiyyətlə bu şadlıq sarayının qabağından keçməsini icazə verməyəcəm. Bura namaz qılmaq yeridir? Getsin namazını məsciddə qılsın. Əgər iş vaxtı hamı namaz qılsa da nə olacaq? Onda müştərilərə kim xidmət göstərəcək?”, - deyə baş inzibatçı bildirib. 

S.B.

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...