Eldar Mahmudovun qudası “Bandotdel”də dindirilir

Eldar Mahmudovun qudası “Bandotdel”də dindirilir

Azərbaycan Beynəlxalq Bankının (ABB) sabiq prezidenti Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində (“Bandotdel”) dindirilir.

Sfera.az-ın xəbərinə görə, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat verilib.

Məlumata görə, müstəntiqlər C.Hacıyevi qaytarılmayan çoxmilyardlıq kreditlər məsələsinə görə sorğu-sual edir.
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası olan C.Hacıyev istintaq tərəfindən əvvəl də dindirilib. Lakin bu sorğu-sual son vaxtlar intensivləşib. ABB-in sabiq rəhbəri indi az qala hər gün bir neçə saatını “Bandotdel”də keçirməli olur.

“Böyük ehtimalla Hacıyevin həbsi qaçılmaz olacaq” - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, C.Hacıyev istintaq zamanı bütün günahları öz keçmiş həmkarlarının və tərəfdaşlarının üstünə yıxmağa çalışır. İnformasiyaya görə, ABB-in sabiq prezidenti adına çoxmilyonlu kreditlər sənədləşdirilmiş, lakin bu pulu ala bilməmiş biznesmenlərin əleyhinə də ifadələr verib.

C.Hacıyev bildirib ki, bu pulları həmin iş adamları mənimsəyiblər, indi də banka qaytarmaq istəmirlər.
Lakin istintaq hesab edir ki, o pulları bankdan C.Hacıyev özü çıxarıb. Yəni pulları müxtəlif biznesmenlərə verilən kredit kimi sənədləşdirib, sonra da həmin vəsait tamamilə başqa məqsəd və istiqamətlərə yönəldilib.

Onu da qeyd edək ki, “Beynəlxalq Bank işi” üzrə onlarla biznesmen, həmçinin bankın bir neçə yüksək rütbəli əməkdaşı saxlanılıb və hazırda həbsdədir.


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...