Abşeronda orta məktəbdə oğurluq: 28 kompüter...

Kriminal
13:50 / 19.08.2017
1973
Abşeron rayonunda orta məktəbi qarət edən dəstə yaxalanıb.
Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərindəki orta məktəblərdən birinin sinif otağından 28 ədəd kompüter oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Hüseyn Ağamalıyev, 1 yeniyetmə və Sumqayıt şəhər sakini Asif Əliyev tutulublar.
Sfera.az