Azərbaycanda antik dövr qəbiristanlığı tapılıb

Azərbaycanda antik dövr qəbiristanlığı tapılıb

2011-ci ildən etibarən hər il mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Xınalıq və ətraf ərazilərdə arxeoloji tədqiqat işləri aparılır.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, arxeoloji qazıntı işləri nəticəsində çox saylı kurqanlarla yanaşı, "Zangar” (Xınalıq) və "Kıma liqebriş” (qədim qəbiristanlıq) kimi müxtəlif dövrlərə aid yeni abidələr aşkar olunub. Qeyd olunan abidələr Azərbaycan ərazisində dəniz səviyyəsindən yerləşmə hündürlüyünə görə erkən tunc dövrünə aid nadir tapıntılar sayıla bilər.

2017-ci ilin iyul ayından etibarən "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun 2 km cənub-şərqində, Qudyalçayın sağ sahilində yerləşən "Kıma liqebriş" (qədim qəbiristanlıq) adlanan ərazidə aparılan arxeoloji qazıntı işləri nəticəsində antik dövrə aid (e.ə. III-II əsr) qəbiristanlıq aşkar edilib. Tədqiq olunan qəbirlərdən maddi mədəniyyət nümunələri - bir ədəd dəmir ox ucu, müxtəlif növ muncuqlar, tuncdan hazırlanmış unikal bəzək əşyaları aşkar olunub. Əldə olunan tapıntılar Xınalıqla Qafqazın müxtəlif bölgələri arasında iqtisadi və mədəni əlaqələrin olmasına dəlalət edir.

Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri olan 5000 illik tarixə malik Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsi olaraq qalır.

Qeyd edək ki, dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyə və unikal memarlıq görkəminə malikdir.

Azərbaycan Prezidentinin 19 dekabr 2007-ci il tarixli 2563 nömrəli sərəncamı ilə Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan olunduqdan sonra, Xınalıq kəndinin adət-ənənəsinin və unikal görünüşünün qorunub saxlanılması, dilinin və etnoqrafiyasının öyrənilməsi istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sistematik olaraq bir sıra mühüm işlər görülüb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...