Qardaşını qorumaq istədi, özü qatil oldu...

Qardaşını qorumaq istədi, özü qatil oldu...

Qardaşını tapança ilə vuran adamı zərərsizləşdirmək istəyərkən təsadüfən onu öldürən şəxs polisə təslim olub.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Şirvan şəhərində qəribə qətl hadisəsi baş verib. Şəhər ərazisində parkda dincələn Anar və Yaşar Məmmədov qardaşları ilə əvvəllər məhkum olunmuş Əvəz Əliyev arasında mübahisə düşüb. Ə.Əliyev münaqişə zəminində həmyerlisi A. Məmmədovun baş nahiyəsinə tapançanın dəstəyi ilə zərbə endirib. Hadisə yerində olan A.Məmmədovun qardaşı Y.Məmmədov mübahisəyə qoşulub və Ə.Əliyevə bıçaqla xəsarət yetirib. Ə.Əliyev aldığı xəsarətdən hadisə yerində ölüb.

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı nömrəsi silinmiş "Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Hadisədən sonra Ə.Əliyevi öldürən Y.Məmmədov könüllü olaraq polisə təslim olub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...

Tokayev Azərbaycana təşəkkür etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Asiyada Etimad Tədbirləri Konfransının (AETİK) inkişafına töhfəsinə görə Azərbaycana təşəkkür edib.   Bu b...