ABŞ PUA-sı Türkiyədə qəzaya uğrayıb

Dünya
10:51 / 18.08.2017
965
ABŞ-a məxsus pilotsuz uçuş aparatı (PUA) Adana şəhərinin Ceyhan mahalında qəzaya uğrayıb.
Bu barədə danışan Adana Valisi Mahmud Dəmirdaş dronun hansı səbəbdən qəzaya uğradığının bilinmədiyini açıqlayıb.
Məlumata görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Dronun düşdüyü tarlada yanğın baş verib.
Sfera.az