“İt başından tutub çeynədi, təcili yardım yaxın durmadı” — 5 yaşlı Zeynəbin FACİƏLİ ÖLÜMÜ

“İt başından tutub çeynədi, təcili yardım yaxın durmadı” — 5 yaşlı Zeynəbin FACİƏLİ ÖLÜMÜ
 Sumqayıtda ötən ayın 31-də 10-cu mikrorayon ərazisində quduz itin dişlədiyi 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızı vəfat edib.

ARB 24 xəbər verir ki, hadisə mikrorayonun 40-ci binasının qarşısında olan uşaq meydançasında baş verib. Zeynəb meydançada turnikdən sallanarkən it onu tutaraq aşağı yıxıb və baş nahiyəsindən dişləyib. Uşağı itin əlindən xilas edən Asif Kərimov hadisəni belə xatırlayır.

ASif Kərimov (hadisə şahidi) ” İt onun belindən tutub yerə yıxdı. Sonra başından çeynəməyə başladı. Tutub qolundan apardım, təcili yardım dedi ki, bizlik deyil”.

Tofiq Seyfəliyev (Zeynəbin babası) : "Bunlar onu tutan iti yoxlamadılar ki, bu it quduzdur yoxsa, yox. 3 gün orada yatırıb evə göndəriblər. Dedilər ki, həftədə bir dəfə gələrsiz iynə vurarıq. Sonra qızdırması qalxdı və tez xəstəxanaya apardıq”.

Sumqayıt şəhər Səhiyyə şöbəsindən suallarımıza cavab verən olmasa da Təcili Tibbi Yardım Xəstəxanasından bildirdilər ki, iyulun 31-də xəstəxanaya daxil olan Zeynəb Mikayılzadəyə lazımi tibbi yadımlar göstərilib. Lakin bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Burada 5 yaşlı uşağa daha bir vaksin vurulub. Amma bu da onun həyatda qalmasına kifayət etməyib. Zeynəbin dünyasını dəyişməsinə səbəb kimi onun immunitetinin aşağı olması və kəskin hemoqlobinin azlığı göstərilir.

Sumqayıtda son 40 gündə 199 nəfəri it dişləyib. Təkcə iyul ayında 133, avqustun 17 günü ərzində isə 66 sakin it dişləməsi ilə bağlı həkimə müraciət edib.


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...