Azərbaycanda iki tələbənin faciəvi sonu - Video

14:39 / 17.08.2017
1666
İki tələbə dənizdə batıb.
Sfera.az ARB TV-yə istinadən xəbər verir ki, acı hadisə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində baş verib.
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bu barədə məlumat verilib. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Hazırda axtarış işləri aparılır.
Dənizdə batan şəxslər əslən Tovuz rayonundan olan iki tələbədir.
Sfera.az