Bakıda dəhşət: 24 yaşlı qız bıçaqlandı

10:32 / 17.08.2017
1286
Bakı şəhərində qadın digər qadını bıçaqlayıb.
Hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Rayon sakini, 1976-cı il təvəllüdlü Aynurə Balakişi qızı Rüstəmova aralarında yaranmış mübahisə zəminində tanışı, 1993-cü il təvəllüdlü Cəmalə Nizami qızı Həmidovanı bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır. (apa)
Sfera.az