“Qalatasaray” Arda Turanı geri qaytarıb

“Qalatasaray” Arda Turanı geri qaytarıb
Türkiyənin "Qalatasaray” futbol klubu Arda Turanın transferi üçün "Barselona” ilə razılığa gəlib.
 
 

Bu barədə məlumatı "CNN” kanalı verib.

Məlumata görə, klubun meneceri Əhməd Buludun "Barselona” rəsmiləri ilə bu gün baş tutan görüşü müsbət nəticə verib. Razılaşmaya əsasən 1 illik icarəyə götürülən Arda Turan "Qalatasaray”da 5 milyon avro qarşılığında çıxış edəcək. Arda Turana 3 milyonu "Qalatasaray”, 2 milyonu isə hər iki komandaya sponsurluq edən NEF şirkəti ödəyəcək. Transfer haqqında rəsmi məlumatın yaxın bir necə saat ərzində açıqlanacağı gözlənilir.

Qeyd edək ki, "Mançester Yunayted” futbol klubu da Arda Turanı transfer etmək istəyirdi.

Sfera.az


OXŞAR XƏBƏRLƏR