“Unibank”dan böyük endirim kampaniyası

“Unibank”dan böyük endirim kampaniyası
Unibank ASC 25 illik yubileyi münasibəti ilə məhsul və xidmətlərində böyük endirim kampaniyası elan edib.
 
 

Bankdan Sfera.az-a verilən məlumata görə, bu gündən başlayaraq yaxın 1 ay ərzində "Unibank”dan kredit götürən, debet kart alan, Bankın kartları ilə alış-veriş edən müştərilər xüsusi hədiyyələr və endirimlər qazanacaqlar. Məsələn, müştərilərə nağd pul kreditləri cəmi 1% komissiya ilə (minimum 10 manat) veriləcək. "Unibank” kartları ilə alış-veriş edənlər isə bəzi mağazalarda 30%-lik "cashback” əldə edəcəklər.

Avqustda ad günü olan müştərilərə isə nağd pul kreditləri 0% komissiya ilə, debet kartlar və depozit qutuları 25%-lik endirimlə, depozit təminatı ilə verilən kreditlər komissiyasız təklif olunacaq.

"Unibank” paytaxtı və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-a qədər fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , //twitter.com/unibank) əldə etmək olar.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...