Həyəcan artır: “Qarabağ” bu gün tarixi oyununa çıxacaq

Həyəcan artır: “Qarabağ” bu gün tarixi oyununa çıxacaq

Bu gün "Qarabağ” komandası futbol üzrə Çempionlar Liqasının "pley-off” mərhələsində ilk oyununu keçirəcək.

Ağdam təmsilçisi paytaxtda Danimarka çempionu "Kopenhagen”i qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç həm "Qarabağ”, həm də Azərbaycan üçün tarixi əhəmiyyət daşıyır. Qitənin ən nüfuzlu klub turnirində "pley-off”a vəsiqə qazanmaqla ilkə imza atan "köhlən atlar” indi də qrupa düşməyi hədəfləyiblər. Bunun üçün də Bakıda keçiriləcək ilk matçda müsbət nəticə əldə etmək vacibdir.

Son üç mövsümdə Avropa Liqasının qrup mərhələsində mübarizə aparan və yenidən ora vəsiqəni təmin edən "Qarabağ” bununla kifayətlənmək fikrində deyil. Məhz bu səbəbdən qarşılaşma ərəfəsində böyük ajiotaj hiss olunmaqdadır. Biletlərin böyük ölçüdə satıldığını, matçda anşlaq yaşanacağını nəzərə alsaq, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv azarkeş dəstəyi altında qələbə qazanmalıdır. Əks halda, bir həftə sonra Kopenhagendə baş tutacaq cavab görüşünə meydan sahibləri üstün durumda çıxacaqlar.

Qeyd edək ki, "Qarabağ”la "Kopenhagen” 1998/99 mövsümünün Kuboklar Kubokunda üz-üzə gəliblər. Həmin vaxt iki oyunun cəmində 0:10 (0:6 və 0:4) hesabı ilə uduzan Ağdam təmsilçisi indi bunun əvəzini çıxmalıdır. (report)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...