Pivə haqqında bilmədiyimiz 5 MARAQLI FAKT

Pivə haqqında bilmədiyimiz 5 MARAQLI FAKT
Dahi Nizaminin belə bir kəlamı var: "Bir inci saflığı olsa da suda, artıq içiləndə dərd verir o da". Tədqiqatçıların fikrinə əsasən, pivəni lazımi qədər içdikdə sağlamlıq üçün faydası toxuna bilər. Qəribədir?
Sfera.az-ın ölkə.az-ın pivənin faydaları haqqında kiçik araşdırmasını təqdim edir:

Dietoloq və məşqçi Ceymi Loci bildirir ki, aşağı kalorili pivələr bu məsələdə daha effektivdir. Əgər siz pivənin təkcə susuzluğu yatırtmasını istəmir və fayda da əldə etmək istəyirsinizsə, "light" markalı və tərkibində 4-5 % spirt olanı seçməlisiniz. Eyni zamanda qazsız pivə də faydalıdır.

Kalsium

Bir qayda olaraq pivənin tərkibi kalsiumla zəngindir. Bu isə sümüklərin möhkəmlənməsinə kömək edir. Bu barədə 2009-cu ildə "American Journal of Clinical Nutrition" jurnalının tədqiqatında məlumat verilib. Alimlər məlum ediblər ki, lazımi dərəcədə pivə içmək sümük toxumasının qalınlığını artırır. Bununla da osteoporoz riskini azaldır. Alimlərin fikrinə əsasən pivənin tərkibində olan silisium vacib rol oynayır.

B Vitamini

Tünd pivənin tərkibində B qrupu vitaminləri (B12-dən başqa) daxil olmaqla qidalandırıcı maddələr var. Qərb tibb jurnalının məlumatına əsasən, buğdanın tərkibində olan riboflavan maddəsinin miqdarı pivə bişirilməsi prosesində artır. Eyni zamanda, nikotin turşusu, yəni B3 maddəsi pivənin tərkibində var və onun miqdarı pivənin növündən asılı olaraq dəyişir.

Dəmir

Bir stəkan pivənin tərkibində 0.3 milliqram dəmir var. Bu isə məsləhət görülən sutkalıq normanın 3%-i deməkdir. Təbii ki, qaraciyər, qırmızı ət və balqabaq tumunun tərkibində dəmir daha çoxdur. Amma pivənin də tərkibində dəmirin olması faktını oxuculara çatdırdıq. Dəmir orqanizm üçün çox vacib elementdir.

Flavonoidlər

Tünd pivənin tərkibi flavonoidlərlə zəngindir. Bu maddə isə mikrob əleyhinə xüsusiyyəti ilə məşhurdur. 2003-cü ildə Viskonsin universitetinin apardığı araşdırmaya əsasən pivənin tərkibindəki flavonoidlər ürək tutmasının və qan tərkibinin qatılaşmasının qarşısını alır. Amma nəzərə almaq lazımdır ki, təcrübə insan yox, köpəklər üzərində aparılıb.

Ferul turşusu

Pivə su, arpa, maya, mayaotu və pivə mayasından ibarətdir. Onun xarakterik dadını isə bişmiş arpa verir. Bu arpa pasterizə edilir və filtirdən süzülür. Dieoloqların fikrinə əsasən, arpanın tərkibində ferul turşusu var və bu soyuqdəymə və iltihabı, ürək-damar xəstəlikləri və onkoloji xəstəliklərə yoluxma riskini azaldır. Tünd pivələrin tərkibində ferul turşusunun miqdarı daha çoxdur.



OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Uşaqlar Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım ed...

Bu gün qəbul imtahanı KEÇİRİLİR

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin bu gün III qrup üzrə DT və TC alt...

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...