Qurban Qurbanov: \"Sabahkı oyun Azərbaycan futbolu üçün önəmlidir\"

Qurban Qurbanov: \
 "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Danimarka təmsilçisi "Kopenhagen"lə Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyunu barədə fikirlərini bölüşüb.

Sfera.az "Report"a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis matçdan əvvəl təşkil edilən mətbuat konfrasında jurnalistlərin suallarını da cavablandırıb.

- Çox vacib oyuna hazırlaşırıq. Matçın mahiyyətini bilirik. Futbolçular məsuliyyəti dərk edirlər. Bizim üçün tanış olmayan bir sistemlə çıxış edən rəqibə qarşı oynaycağıq.

- Komandada gərginlik yoxdur?

- Optimal formamızdan uzağıq. Bəzi futbolçularda mikrozədələr oldu. İndi elə də bir problem yoxdur. Bu matç Azərbaycan futbolu üçün önəmlidir. Lakin oyunçuların üzərinə getmək, onları təzyiqdə saxlamaq olmaz.

- Rəqibin oyununu canlı izləməməyiniz nə ilə bağlıdır?

- Bəzən canlı izləməyə ehtiyac yoxdur. Bu ölkənin komandasına qarşı Avstriyada yoxlama oyunu keçirdik. Daha çox videolara təkrar baxmışıq. Rəqib barədə məlumat toplamışıq.

- "Qarabağ" Skandinaviya klublarına qarşı həmişə uğurlu çıxış edib. Bəlkə bu arxayınçılıq yaradıb və rəqibə canlı baxmağa gərək görməmisiniz?

- Arxayınçılıqdan söhbət gedə bilməz. Həm Danimarka futbolu, həm də "Kopenhagen" fərqlidir. Rəqib intizamlı komandadır. Elə olmur ki, onların oyun sistemi pozulsun. Daim nəzarəti əllərində saxlayırlar.

- "Kopenhagen"nin ölkə çempionatında ardıcıl xal itiriblər. Bu rəqibə necə təsir edəcək?

- Öz təcrübəmdən deyirəm ki, belə olanda komanda daha da məsuliyyətli olur. Həm də çempionatla avrokubok fərqlidir. "Kopenhagen”in çox böyük təcrübəsi var və bu bizə hər an mane ola bilər. Əlimizdən gələni edəcəyik. Matçın gedişində bəzi dəyişikliklərə əl ata bilərik. Sabah futbolçularım düzgün oyun qurmağa çalışacaqlar.

- Donald Gerryenin zədəsi necədir?

- Sağlamlığı pis deyil. Sabah həkimlərin fikrini bir daha soruşacağam və qərarımı verəcəyəm.

- Avropa Liqasının qrup mərhələsini təmin etmisiniz. Bunu bilib, meydana çıxmaq futbolçulara mənfi təsir etməyəcək?

- Çempionlar Liqasının matçına çıxacağıq və onun himni səslənəcək. Belə ağır oyunlar çox olub və həmişə çalışmışıq ki, meydanı başıyuxarı tərk edək. Ən azı bu səviyyədə qalmalı və mümkün qədər "artırmalıyıq”.

- Dani Kintananın yenidən zədələnməsi planlarınızı pozmadı ki?

- Əlimdə nə qədər çox futbolçu olsa, bir o qədər yaxşıdır. Onun zədəsi çox ciddi deyil. Yəqin tam formasını bərpa etməsi üçün bir ay lazım olacaq.

OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...