Rusiya Ermənistana xüsusi təyyarə göndərib

Rusiya Ermənistana xüsusi təyyarə göndərib

Rusiya Ermənistana "Xosrov meşəsi" dövlət qoruğunda baş vermiş yanğının söndürülməsi üçün xüsusi təyyarə göndərib.

Bu barədə Ermənistan mətbuatı yazıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi Ermənistan tərəfinin "Xosrov meşəsi" dövlət qoruğunda baş vermiş yanğının söndürülməsi üçün etdiyi müraciət əsasında meşə yanğınlarının söndürülməsi üçün xüsusi aviasiya qurğuları ilə təchiz edilmiş İl-76 təyyarəsi göndərib.

Qeyd edək ki, qoruqda yanğın avqustun 12-də baş verib. Güclü külək nəticəsində yanğın qoruğun digər sahələrinə də yayılıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR