Liviyanın sabiq baş naziri oğurlanıb

Liviyanın sabiq baş naziri oğurlanıb

Avqustun 14-ə keçən gecə Tripolidə 2012-2014-cü illərdə Liviyanın baş naziri postunu tutmuş Əli Zeydan naməlum şəxslər tərəfindən oğurlanıb.

Bu barədə "Al Arabia” telekanalı məlumat verib.

Məlumata əsasən, hoteldən oğurlanan Ə.Zeydan bir qrup silahlı tərəfindən naməlum istiqamətə aparılıb. Qeyd edək ki, Əli Zeydan 2013-cü ildə ölkənin baş naziri olarkən silahlılar tərəfindən saxlanılmış, lakin bir neçə saatdan sonra buraxılmışdı. 2012-ci ildə Liviyada səsvermə nəticəsində seçilən Ümummilli Konqres Ə.Zeydanı baş nazir təyin etmişdi.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada üç hakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş və dünya ictimaiyyəti tərəfindən tanınan parlament ölkənin şərqindəki Tobruk şəhərində, tanınmamış Milli Qurtuluş hökuməti Misurata şəhərində, Faiz Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. (apa)

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...