Dəniz kuboku-2017 başa çatdı: Qaliblər... - Video

Dəniz kuboku-2017 başa çatdı: Qaliblər... - Video

Avqustun 11-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində III Beynəlxalq Ordu Oyunları çərçivəsində təşkil edilən Dəniz kuboku - 2017 beynəlxalq müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, mərasimdə yarış iştirakçıları, ictimaiyyət nümayəndələri, hərbçilər və xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Dəniz kuboku - 2017 haqqında videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağımız qaldırılıb.

Yarışların hakimlər briqadası, komandalar mərasimə dəvət olunub iştirakçı dövlətlərin bayraqları gətirildikdən sonra müsabiqədə yer tutan komandalar təqdim olunub.

Bundan sonra Dəniz kuboku - 2017 beynəlxalq müsabiqəsinin qalibləri elan edilib və qalib komandalar fəxri kürsüyə dəvət olunub.

Bildirilib ki, hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Azərbaycan və Rusiya hərbi dənizçiləri müsabiqənin qalibləri elan edilib.

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev və Rusiya Federasiyası Müdafiə nazirinin müavini general-leytenant Aleksandr Fomin komandalara mükafatları təqdim ediblər.

Müsabiqədə 1-ci yer tutmuş Azərbaycan və Rusiya komandalarının şərəfinə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev tədbir iştirakçılarını salamlayaraq onlara Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriklərini çatdırıb. "Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin yüksək səviyyədə təşkil olunaraq keçirildiyini qeyd edən general-leytenant K.Vəliyev müsabiqənin Xəzəryanı ölkələrin hərbi dənizçilərinin daha yaxından tanış olmaları, qarşılıqlı münasibətlər və əməkdaşlığın güclənməsi, hərbçilər arasında dostluq və qardaşlıq mühitinin yaranmasına xidmət etdiyini xüsusi vurğulayıb. Nazir müavini iştirakçılara uğurlar diləyərək "Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsini bağlı elan edib.

Sonra hər komandadan bir nəfərin iştirakı ilə III Beynəlxalq Ordu Oyunlarının və "Dəniz Kuboku - 2017" yarışlarının bayraqları endirilib.

Bağlanış mərasimindən sonra iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə "Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin yekun mətbuat konfransı keçirilib.

Mətbuat konfransında müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsi üçün yaradılan şərait, texniki dəstək qruplarının fəaliyyəti, hakimlər kollegiyasının işi və müsabiqənin mərhələ və epizodlarının yerinə yetirilməsi üzrə iştirakçı ölkələrin komandalarının nəticələri barədə ətraflı məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...