Çempion Ramil Quliyev yeni hədəfini - Açıqladı

Çempion Ramil Quliyev yeni hədəfini - Açıqladı

Bu medal bizim üçün gözlənilən idi. Yarışdan əvvəl verdiyim müsahibələrimdə də demişdim ki, mən bura medal üçün gəlmişəm.

Sfera.az xəbər verir ki, bu sözləri "Doğan” xəbər agentliyinə açıqlamasında Londonda keçirilən atletika üzrə dünya çempionu, Türkiyə atleti Ramil Quliyev deyib.

Çempion olmaq üçün çox çalışdığını deyən atlet 10 ilin zəhməti sayəsində qızıl medal qazandığını bildirib.

"Hansı medalın olacağı qismət idi. Qızıl medal mənim idman karyeramda böyük addımdır. Ötən il də Avropa ikincisi olmuşdum. Bundan sonra mövsümlə əlaqədar daha 2-3 yarış ola bilər. Gələn il də Avropa çempionatı var. Ora üçün hazırlaşacağam. Qarşıda Tokio və Avropa rekordu var. Qismət olsa, onları da bacaracağam”, - Ramil Quliyev deyib.

Qeyd edək ki, Türkiyəni təmsil edən R.Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 20,09 saniyə nəticə göstərərək yarışın favoriti hesab olunan niderlandlı Vayde Van Nikerki qabaqlayaraq dünya çempionu adını qazanıb.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...