Ramil Quliyevin böyük uğuru və qazancı - Açıqlandı

Ramil Quliyevin böyük uğuru və qazancı - Açıqlandı

Türkiyə millisini təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Londonda keçirilən Atletika üzrə Dünya çempionatında 200 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanmaqla tarixi uğura imza atıb.

Sfera.az xəbər verir ki, Ramil Quliyev Dünya çempionu olmaqla bu uğura imza atan 3-cü avropalı, 2-ci ağdərili atlet olub. Həmyerlimizin necə böyük uğura imza atdığını anlamaq üçün ondan əvvəlki 5 dünya çempionunun adına baxmaq kifayətdir. Belə ki, 2009, 2011, 2013, 2015 tarixlərində analoji yarışın qalibi qaçış yarışlarının əfsanəsi Useyn Bolt olub. Ramil Quliyev 200 metr məsafəyə qaçış yarışlarında dünya çempionu olmaqla Useyn Boltun illərdir zəbt etdi taxta əyləşib.

Bu il həmçinin 100 metr məsafəyə qaçış yarışlarında da qüvvəsini sınayan Quliyev 9.97 saniyə göstəricisi ilə həmin məsafəni qət edə bilən 3-cü ağdərili idmançı adına layiq görülüb.

Beynəlxalq Atletika Federasiyası tərəfindən qızıl medala görə 60 min dollar mükafat alan Ramil Türkiyə Gənclər və İdman Nazirliyindən də 368 min lirə qazanmaqla, ümumilikdə, 572 min lirə mükafatın sahibi olub.

Qeyd edək ki, 2011-ci ildən Türkiyə millisində çıxış edən Ramil Quliyev karyerasında ilk dəfə dünya çempionu tituluna yiyələnib.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR