Zakir Həsənov Rusiyaya getdi

Gündəm
13:27 / 11.08.2017
1537
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 11-də Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov "Beynəlxalq ordu oyunları - 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.
Sfera.az