Erməni ordusundan Rusiya hədəflərinə ağır zərbə – Video

Erməni ordusundan Rusiya hədəflərinə ağır zərbə – Video

Gürcüstanın Vaziani hərbi poliqonunda NATO-nun "Noble partner” ("Layiqli tərəfdaş”) hərbi təlimləri çərçivəsində döyüş atışları həyata keçirilib.

Sfera.az Virtualaz.org-a istinadən xəbər verir ki,təlimlərin bu mərhələsində ağır döyüş texnikası atəş mövqeyinə çıxarılıb, NATO generallarının müşahidəsi altında şərti hədəflərə zərbələr endirilib.

"Noble partner” hərbi təlimləri avqustun 12-nədə davam edəcək. Təlimlər Vaziani və Norio poliqonlarında keçirilir. Bu ilki təlimlər öz miqyası ilə fərqlənir. Orada NATO və tərəfdaş ölkələrin 2.8 minən çox hərbçisi iştirak edir. Tərəfdaş ölkələrdən təlimlərə Ermənistan və Ukrayna qatılıb. Ermənistanın təlimlərə 100-dən çox hərbçi göndərdiyi bildirilir. Azərbaycan Gürcüstanda keçirilən NATO təlimlərində iştirak etmir, rəsmi Bakı bu addımın səbəblərini şərh etməyib.

Təlimlərə cəlb etmək üçün gəmilərlə Gürcüstana Almaniya ordusunun GTK Boxer zirehli transportyorları, Amerika ordusunun "Abrams” tankları və "Bredli” və "Stryker” zirehli döyüş maşınları gətirilib.

Bundan əvvəl təlimlərin artilleriya döyüş atışları mərhələsi keçirilmişdi. Təlimləri izləmək üçün Amerika ordusunun bir neçə generalı Gürcüstana gəlib. Təlimlərin açılışında ABŞ vitse-prezidenti Maykl Pens də iştirak etmişdi.

Bu təlimlər Rusiyanın Ukrayna, Gürcüstan və Baltik ölkələrinə qarşı mümkün hərbi təhdidlərinə cavab olaraq təşkil edilir. Rusiya onun sərhədləri yaxınlığında keçirilən NATO təlimlərini həmişə aqressiv qarşılayıb. Lakin bu dəfə məsələnin diqqəti cəlb edən tərəfi budur ki, faktiki olaraq Rusiyaya qarşı yönəlmiş NATO təlimlərinə onun Cənubi Qafqazdakı forpostu Ermənistan da fəal şəkildə qatılıb. Bu, Ermənistanın son zamanlar NATO və Avropa İttifaqı ilə tərəfdaşlığı genişləndirməyə yönəlmiş ciddi səyləri ilə bir vaxtda baş verir.


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...