Bakı nefti 54 dollara çatdı

İqtisadiyyat
09:45 / 09.08.2017
1124
Dünya birjalarında neft ucuzlaşmaqda davam edir.
Sfera.az xəbər verir ki, VTİ neftinin qiyməti 1 barrelə görə 0,15 dollar və ya 0,31% azalaraq 49,02 dollar təşkil edib.
"Brent” markalı neftin 1 barrelinin dəyəri 0,22 dollar və ya 0,42% azalaraq 51,92 dollar olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azəri Layt” markalı xam neftin 1 barrelinin qiyməti isə 0,86 dollar və yaxud 1,62% artaraq 53,94 dollar/barrelə bərabər olub.
Sfera.az