Ərdoğan: Nə qədər insana zülm elədin...

Ərdoğan: Nə qədər insana zülm elədin...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzon şəhərində çıxışı zamanı CHP sədri Kamal Kılıçdaroğlunu sərt tənqid edib.

Ərdoğan Kılıçdaroğlunu Türkiyə ilə bağlı yalan danışmaqda ittiham edib.

"Əvvəl yürüşə çıxırlar, sonra bir alman jurnalına bəyanat verirlər ki, Türkiyədə ədalət, azadlıq yox imiş. Təəssüflər olsun. Ankaradan çıxıb İstanbula qədər gəldin. Sənin təhlükəsizliyini kim qorudu? O yolda yürüş zamanı nə qədər insana zülm elədin. Təhlükəsizliyinizi kim qorudu? Əlbəttə bu dövlət qorudu. Hökumət sənə o imkanları verdi. Ədalət anlayışı hisslərlə olmur. Ədalət ürək tələb edir. Ədalət məsuliyyət tələb edir. Biz bunlarla bu yola çıxmışıq”, - Ərdoğan sərt şəkildə çıxış edib.

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu Almaniya mətbuatına verdiyi açıqlamada Avropanın dəstək verəcəyi halda 2019-cu ildə Ərdoğanı devirə biləcəyini söyləmişdi.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR